ABŞ-a işgüzar səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qlobal Sahibkarlar Şəbəkəsinin direktoru Conatan Ortmans ilə görüşüb.
Bu barədə "Report"a KOBİA-dan bildirilib.
Görüşdə KOBİA-nın KOB-lara göstərdiyi dəstək və xidmətlər, bu sahədə nəzərdə tutulan yeniliklər barədə məlumat verilib, KOB-ların dəstəklənməsi, birgə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.