KOBİA Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə imzaladığı sənədin məqsədlərini açıqlayıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ötən gün Qırğızıstanın Ticarət və Sənaye Palatası (CCI) ilə imzaladığı əməkdaşlıq haqqında Anlaşma Memorandumunda ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi, bu sahələrdə, eləcə də KOB-larla bağlı həyata keçirilən tədbirlər, təcrübə və onlara göstərilən xidmətlərlə bağlı məlumat mübadiləsi, biznes missiyaların təşkili, qarşılıqlı olaraq iş adamları arasında ikitərəfli əlaqələrin inkişafına, biznes tərəfdaşların tapılmasına və əməkdaşlıq platformalarının yaradılmasına dəstəyin göstərilməsi kimi məsələlər nəzərdə tutulur.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Xatırladaq ki, sənədə Bişkekdə Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevin və Sadır Japarovun iştirakı ilə imza atılıb. Anlaşma Memorandumunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və CCI-nin prezidenti Marat Şarşekeyev imzalayıb. Bundan sonra onların arasında görüş keçirilib. Görüşdə sözügedən sənəd çərçivəsində KOB-lara dəstək sahəsində əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadiləsi, iki ölkənin biznesləri arasında əməkdaşlığın genişləndirilməsi üçün gələcək fəaliyyət istiqamətləri müzakirə edilib. 

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34