İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "Şahdağ Süd və Ət" MMC-yə Xaçmazda kəsim məntəqəsinin yaradılması üçün 650 min manat güzəştli kredit ayırıb.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Tvitter"də bildirib.
Onun sözlərinə görə, layihənin icrası 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək.