Kanada Azərbaycana noxud tədarükünü bərpa edib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 870,59 min ABŞ dolları dəyərində 743,29 ton noxud gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 32,5 % çoxdur, kəmiyyət olaraq – 23,7 % azdır.

Meksikadan 430,46 min ABŞ dolları dəyərində 268 ton, Rusiyadan 194,85 min ABŞ dolları dəyərində 349,1 ton, Almaniyadan 183,43 min ABŞ dolları dəyərində 76,2 ton, Türkiyədən 31,94 min ABŞ dolları dəyərində 24,4 ton, Hindistandan 27,9 min ABŞ dolları dəyərində 24 ton, Kanadadan 1,92 min ABŞ dolları dəyərində 1,5 ton, Ukraynadan 0,1 min ABŞ dolları dəyərində 0,11 ton məhsul alınıb.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 8,9 % artıb və 33,5 % azalıb, Almaniyadan – 4,58 min dəfə və 7,62 min dəfə artıb, Türkiyədən – 61 % və 74,2 % azalıb, Hindistandan – 80 % və 91,1 % azalıb, Ukraynadan – 2 dəfə və 2,2 dəfə artıb. Ötən ilin ilk iki ayında Azərbaycan Meksikadan noxud almayıb. Altı il 9 aylıq fasilənin ardından Kanadadan tədarük bərpa edilib.

Digər xəbərlər