İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC “Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” proqram təminatının təkmilləşdirilməsi, ona texniki dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Nooga Development GE” MMC-dir.
Qalib şirkətə 1,04 milyon manat ödəniləcək.