Gürcüstanın xarici ticarət dövriyyəsi 50%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 2 milyard 539,2 min ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 % çoxdur.

İki ayda ixracın həcmi 54,5 % artaraq 760,4 milyon dollar, idxalın həcmi isə 47 % artaraq 1 milyard 778,9 milyon dollar olub.

Hesabat dövründə 1 milyard 018,5 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 40,1 %-dir.

Digər xəbərlər

Azərlotereyada yeni təyinat 07 yanvar, 2026 / 11:03
Azercelldən iPhone kampaniyası 06 yanvar, 2026 / 15:57