Bu ilin I rübündə Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 3 866,8 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni göstəricisindən 38 % çoxdur.
Yanvar-martda ixracın həcmi 1 171,8 milyon dollar (+43,3 %), idxalın həcmi isə 2 695 milyon dollar (+ 35,8) olub.
Hesabat dövründə 1 523,2 milyon dollarlıq kəsir yaranıb ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 39,4 %-ə bərabərdir.