Gürcüstanın məşhur sanatoriyaları özəlləşdirməyə çıxarılacaq

Gürcüstan hökuməti yaxın vaxtlarda Tsxaltubo sanatoriyalarının binalarını müxtəlif investsiya öhdəlikləri ilə özəlləşdirməyə çıxaracaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

O, biznes dairələrin bu sahəyə marağının kifayət qədər yüksək olacağına əminlik ifadə edib.

Nazir qeyd edib ki, sanatoriyaların inkişafı ilə bağlı baş plan hazırlanıb və sənədin ictimai müzakirələri keçirilib.

Digər xəbərlər

Avant Group ləğv olunur 09 yanvar, 2026 / 14:52