Gürcüstanın I rübdə mineral məhsul idxalının 24 %-i Azərbaycanın payına düşüb

Bu ilin I rübündəı Gürcüstan Azərbaycandan 131 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 22 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb. Bu ölkənin xaricdən aldığı mineral məhsulun 24,3 %-i Azərbaycanın payına düşüb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 539 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 20 % azdır. O cümlədən Gürcüstan Rusiyadan 245 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 41 milyon ABŞ dolları dəyərində, Bolqarıstandan 30 milyon ABŞ dolları dəyərində, Türkiyədən 26 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər