Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 848,402 milyon ABŞ dolları təşkil edib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,4 % azdır.
Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,8 % təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 16,2 % azalaraq 475,98 milyon ABŞ dolları (ümumi ixracın 11,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 9,7 % azalaraq 372,422 milyon ABŞ dolları (ümumi idxalın 3,5 %-i) olub.
Yanvar-avqust aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 3 % artaraq 14 milyard 700,755 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 2,5 % artaraq 4 milyard 173,87 milyon ABŞ dolları, idxalın dəyəri isə 3,3 % artaraq 10 milyard 526,884 milyon ABŞ dolları olub.