Bu ilin yanvar-mart aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 % artaraq 373,908 milyon ABŞ dolları olub.
“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 7,8 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 44,1 % artaraq 180,667 milyon ABŞ dolları (ümumi ixracın 12,4 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 16 % azalaraq 193,241 milyon ABŞ dolları (ümumi idxalın 5,8 %-ni) təşkil edib.
I rübdə Gürcüstanın ümumi ticarət dövriyyəsi illik müqayisədə 22,1 % artaraq 4,784 milyard ABŞ dollarına çatıb.
Eyni dövrdə ixrac 24,7 % artaraq 1,462 milyard ABŞ dolları, idxal isə 21 % artaraq 3,322 milyard ABŞ dolları təşkil edib. Son nəticədə Gürcüstanın xarici ticarətində 1,86 milyon ABŞ dolları mənfi saldo yaranıb.