2021-ci ildə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1 milyard 136 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 21,6% çoxdur.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixracının dəyəri 20,5 % artaraq 532 milyon ABŞ dolları olub. Azərbaycan Gürcüstanın ümumi ixracında 12,5 % payla qonşu ölkənin Çin və Rusiyadan sonra III əsas ixrac tərəfdaşı olub.
İl ərzində Gürcüstanın Azərbaycandan idxalının dəyəri isə 17,8% artaraq 604 milyon ABŞ dolları olub. Azərbaycan Gürcüstanın idxalında 6 % payla qonşu ölkənin Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V əsas idxal tərəfdaşı olub.