Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 22 % artıb

Bu ilin I yarısında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 632,2 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, ötən ilin eyni dövrünə nisbətdə göstərici 22 % artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 7,5 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.

İlk yarımildə Gürcüstanın Azərbaycana ixracının həcmi illik müqayisədə 17,5 % artaraq 287,1 milyon ABŞ dollarına bərabər olub. Azərbaycan Gürcüstanın ümumi ixracında 11,2 % payla Çindən sonra qonşu ölkənin II əsas ixrac tərəfdaşı olub.

Gürcüstanın Azərbaycandan idxalının dəyəri isə 38,7 % artaraq 345,2 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Gürcüstanın ümumi idxalında 5,8 % payla Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra qonşu ölkənin idxal üzrə əsas tərəfdaşları arasında V yerdə qərarlaşıb.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51