Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 12 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 956,987 milyon ABŞ dolları təşkil edib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % azdır.

Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,7 % təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 14 % azalaraq 544,265 milyon ABŞ dolları (ümumi ixracın 11,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 8,5 % azalaraq 412,722 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub.

9 ay ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 3,7 % artaraq 16 milyard 777,681 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 4,1 % artaraq 4 milyard 786,701 milyon ABŞ dolları, idxalın dəyəri isə 3,6 % artaraq 11 milyard 990,981 milyon ABŞ dolları olub.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51