Gürcüstanın Azərbaycandan mineral məhsul idxalına çəkdiyi xərc 9 % azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 272,4 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 9 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən ölkələr sırasında 19,6 % payla 2-ci yerdə qərarlaşıb.

Təkcə avqustda Gürcüstan Azərbaycandan 33,4 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb. Bu, bir əvvələ nisbətən 4,5 % çoxdur.

Bu ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 389 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 4 % azdır. O cümlədən Rusiyadan 530,4 milyon ABŞ dolları, Bolqarıstandan 105,9 milyon ABŞ dolları, Rumıniyadan 93,2 milyon ABŞ dolları, Türkiyədən 91 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər