Gürcüstanın Azərbaycandan kauçuk alışına çəkdiyi xərci 50 % artıb

Ötən il Gürcüstan Azərbaycandan 305 min ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilə nisbətən 50 % çoxdur.

2024-cü ildə Gürcüstan xarici ölkələrdən 158 milyon ABŞ dolları dəyərində kauçuk və kauçuk məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 2 % çoxdur.

Hesabat dövründə Gürcüstan Çindən 62,34 milyon ABŞ dolları dəyərində, Türkiyədən 26,3 milyon ABŞ dolları dəyərində, Yaponiyadan 9,8 milyon ABŞ dolları dəyərində, Almaniyadan 9,3 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 8,7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Digər xəbərlər