2023-cü ildə Gürcüstan Azərbaycandan 2,8 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, son 10 ilin ən yüksək göstəricisidir və 2022-ci illə müqayisədə 7,4 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 651 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bu da bir il əvvəlki göstəricidən 35 % çoxdur.
Ötən il Gürcüstan Türkiyədən 157 milyon ABŞ dolları, İsveçrədən 85 milyon ABŞ dolları, Almaniyadan 68 milyon ABŞ dolları, Macarıstandan 44 milyon ABŞ dolları, Fransadan 42 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 483,5 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları alıb ki, bunun da 378 min ABŞ dolları Azərbaycanın payına düşüb.