2024-cü ildə Gürcüstan Azərbaycana 3,43 milyon ABŞ dolları dəyərində kartof ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən 4 dəfə çoxdur.
Beləliklə, Azərbaycan təxminən 45 % payla Gürcüstanın kartof ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Ötən il Gürcüstan xarici ölkələrə 7,6 milyon ABŞ dolları dəyərində kartof satıb ki, bu da 1 il əvvəlki göstəricidən 5 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstandan Rusiyaya 3,3 milyon ABŞ dolları, Ukraynaya 520 min ABŞ dolları, Ermənistana 156 min ABŞ dolları, Moldovaya 68 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.