Bu ilin ilk 10 ayında Azərbaycan Gürcüstandan 12,5 milyon ABŞ dolları dəyərində 2 040 ədəd yük maşını idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə maşınların sayı 845 ədəd və yaxud 71 % artıb.
Hesabat dövründə qonşu ölkədən Azərbaycana ümumi dəyəri 796,26 min ABŞ dolları olan 69 ədəd traktor da ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 16 ədəd çoxdur.