Bu ilin I rübündə Gürcüstandan Azərbaycan 1,595.37 min ABŞ dolları dəyərində 915,72 ton diri iribuynuzlu mal-qara ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, məhsulun həcmi illik müqayisədə 14,2 % azalıb.
Yanvar-martda Azərbaycan qonşu ölkədən ümumi dəyəri 377,83 min ABŞ dolları olan 192,47 ton diri qoyun və keçi də tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 1,9 dəfə çoxdur.