Bu ilin yanvar-noyabrında Gürcüstan Azərbaycandan ümumi dəyəri 4,39 milyon ABŞ dolları olan 699,91 ton çay idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İdxal olunan məhsulun həcmi illik müqayisədə 16,13 ton və yaxud 2,25 % azalıb.
İlk 11 ayda Azərbaycan da Gürcüstandan çay tədarük edib. Qida məhsulunun həcmi 297,54 ton, dəyəri isə 2,04 milyon ABŞ dollarına bərabər olub. Ötən ilin eyni dövrünə nisbətdə həcmdə 13 % artım qeydə alınıb.