Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3,6 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 12 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana tütün və tütün əvəzediciləri tədarük edən ölkələr (36) sırasında 6-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 117 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri alıb ki, bu da bir il əvvəlki göstəricidən 27 % çoxdur. O cümlədən, Gürcüstan Türkiyədən 48 milyon ABŞ dolları dəyərində, Ermənistandan 22 milyon ABŞ dolları dəyərində, Birləşmiş Ərəb Əmirliklərindən 15 milyon ABŞ dolları dəyərində, İrandan 7,8 milyon ABŞ dolları dəyərində, Özbəkistandan 6,6 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 158 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri alıb ki, bunun da 514 min ABŞ dolları Azərbaycanın payına düşüb.