Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 25 min ABŞ dolları dəyərində şüşə və şüşə qablar idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 52 % çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 9 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bu da bir il əvvəlki göstəricidən 8 % azdır.
Ötən ay Gürcüstan Rusiyadan 3,45 milyon ABŞ dolları dəyərində, Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində, İrandan 1 milyon ABŞ dolları dəyərində, Çindən 919 min ABŞ dolları dəyərində, Ermənistandan 787 min ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 148 milyon ABŞ dolları dəyərində şüşə və şüşə qablar alıb ki, bunun da 1 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.