Gürcüstan Azərbaycandan siqaret alışını 10 dəfə artırıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 4 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 10 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr (19) sırasında 6-cı yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 130 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da bir il əvvəlki göstəricidən 35 % çoxdur.

10 ay ərzində Gürcüstan Türkiyədən 52,1 milyon ABŞ dolları, Ermənistandan 24,1 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 19,5 milyon ABŞ dolları, İrandan 10,9 milyon ABŞ dolları, Özbəkistandan isə 8,6 milyon ABŞ dolları dəyərindən siqaret idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 130 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bunun da 474 min ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci ildə Gürcüstan Azərbaycandan siqaret tədarük etməyib.

Digər xəbərlər