Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 3 milyon 765,6 min ABŞ dolları dəyərində 74,6 min ton sement idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrünə nisbətdə 14 % çoxdur.
Hesabat dövründə qonşu ölkə Azərbaycandan ümumi dəyəri 3 milyon 516,6 min ABŞ dolları olan 4 762,5 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar da tədarük edib ki, bu da illik müqayisədə 7,5 % çoxdur.