Gürcüstan Azərbaycandan mineral məhsul alışını azaldıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 87 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 25 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana mineral məhsul tədarük edən 46 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 352 milyon ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bu da bir il əvvəlki göstəricidən 27 % azdır. O cümlədən Gürcüstan Rusiyadan 165 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 28 milyon ABŞ dolları dəyərində, Türkiyədən 20 milyon ABŞ dolları dəyərində, Bolqarıstandan 17 milyon ABŞ dolları dəyərində mineral məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində mineral məhsul alıb ki, bunun da 0,5 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər