Gürcüstan Azərbaycandan alüminium alışına çəkdiyi xərci 76 % artırıb

2024-cü ildə Gürcüstan Azərbaycandan 1,3 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən 76 % çoxdur.

Ötən il Gürcüstan xarici ölkələrdən 152,2 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatları alıb ki, bu da əvvəlki ilin göstəricisindən 9 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 91,6 milyon ABŞ dolları, Çindən 15 milyon ABŞ dolları, Rusiyadan 11,7 milyon ABŞ dolları, İtaliyadan 7,7 milyon ABŞ dolları, Ukraynadan 3 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Digər xəbərlər