Gürcüstan Azərbaycana son 15 ildə rekord məbləğdə maşın və nəqliyyat avadanlığı tədarük edib

2023-cü ildə Gürcüstan Azərbaycana 522 milyon ABŞ dolları dəyərində maşın və nəqliyyat avadanlığı ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azı son 15 ilin ən yüksək göstəricisidir və 2022-ci illə müqayisədə 40 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın maşın və nəqliyyat avadanlığı ixrac etdiyi 88 ölkə arasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2,54 milyard ABŞ dolları dəyərində maşın və nəqliyyat avadanlığı satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur.

Ötən il Gürcüstandan Qırğızıstana 631 milyon ABŞ dolları dəyərində, Qazaxıstana 604 milyon ABŞ dolları dəyərində, Ermənistana 451 milyon ABŞ dolları dəyərində, Rusiyaya 88 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 1,25 milyard ABŞ dolları dəyərində maşın və nəqliyyat avadanlığı ixrac edib ki, bunun da 374 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Digər xəbərlər