Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 1,15 milyon ABŞ dolları dəyərində dəmir və polad ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 49 % çoxdur.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 43,16 milyon ABŞ dolları dəyərində dəmir və polad satıb ki, bu da bir il əvvəlki göstəricidən 42 % azdır. O cümlədən, Gürcüstan Türkiyəyə 18,9 milyon ABŞ dolları, Misirə 8,6 milyon ABŞ dolları, Ukraynaya 2,95 milyon ABŞ dolları, Rusiyaya 2,42 milyon ABŞ dolları, İtaliyaya 1,8 milyon ABŞ dolları dəyərində dəmir və polad ixrac edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstandan xaricə 193 milyon ABŞ dolları dəyərində dəmir və polad göndərilib ki, bunun da 12,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.