Gürcüstan Azərbaycana balqabaq ixracını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 163,36 min ABŞ dolları dəyərində 254,38 ton balqabaq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45,5 %, kəmiyyət olaraq – 58,8 % çoxdur.

Hesabat dövründə Türkiyədən 84,3 min ABŞ dolları dəyərində 120,23 ton, Gürcüstandan 65,44 min ABŞ dolları dəyərində 114,7 ton, İrandan 13,62 min ABŞ dolları dəyərində 19,45 ton məhsul idxal edilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən tədarük müvafiq olaraq 22,9 % və 22,4 % azalıb, İrandan – 3,8 dəfə və 3,8 dəfə artıb. Ötən ilin ilk iki ayı ərzində Azərbaycan Gürcüstandan balqabaq almayıb.

Digər xəbərlər