"German Studio"nu tanıyın!

"German Studio" şirkəti 2010-cu ildən fəaliyyətə başlayıb və Azərbaycanda ilk olaraq Alman mətbəx mebellərinin rəsmi distributoru kimi "showroom"nu açıb.

Şirkət 2016-cı ildə paralel olaraq öz istehsalını da qurub, klassik, həmdə müasir üslubda premium mətbəx mebellərini təklif etməyə başlayıb.

Bu gün “German Studio” "showroom"unda yalnız mətbəx mebeli deyil, həmçinin bütün interyer həlləri qonaq, yataq, hamam və qarderob mebelləri, daxili qapılar və digər mebellər təklif olunur.

"Showroom"da təqdim olunan modellərlə istənilən interyer üçün mebel kompozisiyası seçmək mümkündür. Burada keyfiyyətli alman və italyan mebeli ilə yanaşı məkanınızın eksklüziv dizayn həllini təklif edirik!

Fenix kolleksiyası

Arya kolleksiyası

Natur Kolleksiyası

Altair Kolleksiyası

Japandy Kolleksiyası

“German Studio” günü-gündən böyüməyə və inkişaf etməyə davam edir. Hazırda Almaniyanın “Störmer”, “Leicht” və “Beeck Küchen”, İtalyanın “Sira Cucine” kimi tanınmış brendlərininin mətbəx mebellərinin rəsmi satış mərkəzi kimi fəaliyyət göstərir.

Leicht

“Leicht” Almaniya mətbəx sənayesinin liderlərindən biridir. “Leicht” Alman dizayn və memarlıq mətbəxləri sahəsində geniş tanınan bir fabrikdir. Alman istehsalı uzun müddətdir keyfiyyət və qüsursuzluğun sinonimi olub. “Leicht” mətbəxləri klassiklərin və müasirliyin, ənənələrin və tendensiyaların harmonik birləşməsidir. Şirkətin prinsiplərindən biri xəyalınızdakı mətbəxi reallığa çevirməkdir. “Leicht” Alman estetikası və funksional dizaynın mətbəx mebelində təmsilçilərindən biri kimi özünü isbat edib.

Beeck Küchen

Alman mətbəxləri “BEECK Küchen” Almaniyanın bir çox fabrikləri arasında əsl inci hesab olunur. BEECK dizayn fabrikidir, onun əsas qaydası sizə fərdi yanaşma tapmaqdır. Zamanla ayaqlaşan BEECK fabriki hər il mətbəxin dizaynına innovativ həllər təqdim edir ki, bu da bizə öz unikal layihəsini yaratmaqda dizaynerlərin artan ehtiyaclarını ödəməyə imkan verir.

Störmer

“Störmer” alman mətbəx mebelləri Almaniyada 1958-ci ildən istehsal olunur. “Störmer” daima yüksək keyfiyyəti ilə fərqlənib. “Störmer” İtalyan üslubu ilə Alman keyfiyyətinin unikal birləşməsidir. “German Studio” showroom’da “Störmer” şirkətinə məxsus mətbəx mebelləri, innovativ keramoqranit və fenix fasadları ilə tanış ola bilərsiz.

Sira Cucine

“Sira Cucine” mətbəxləri həm xarici görünüşcə neytral, həm də funksional məzmununa görə fərdi olmaqla müəyyən otaq üçün bir növ kaleydoskop şəkli yaradır. Yüksək keyfiyyətli xammal və materialların istifadəsi, istehsal prosesinin davamlı monitorinqi yüksək keyfiyyətli məhsulları təmin edir.

“Sira Cucine” fabrikinin üstünlüklərindən biri də odur ki, çevik və operativ istehsal gücünə malikdir. “Sira Cucine” fabrikindən mətbəx mebeli “German Studio” vasitəsi ilə Azərbaycana 20 gün ərzində idxal etmək olar. Fərdi sifariş ilə istehsal üçün bu ən qısa müddətdir.

2022-ci ildə “German Studio” 10 illiyini və yeni "showroom"unun açılışını qeyd etdi!

“Sira Cucine” şirkətinin eksport direktoru Gianluca Gagliardini-nin iştirakı ilə İtalyanın zəriflik və nəciblik simvolu olan “Sira Cucine” mətbəx mebelinin möhtəşəm təqdimatı keçirildi.

“German Studio” fabriki istənilən mürəkkəblikdə olan layihələri yerinə yetirərək yüksək səviyyədə xidməti alıcılara təqdim edir.

“German Studio” mətbəx mebeli, hamam və qarderob otaqları mebei, otaq qapılar, daxili üzləmələr və interyer həllər ilə yanaşı, həmçinin tədris müəssisələri, kafe və restoranlar üçün mükəmməl mebellər istehsal edir.

Digər xəbərlər