Gələn ildən Azərbaycanda insulin istehsalına başlanılacaq

Rusiyanın “Gerofarm” şirkəti 2025-ci ildə Azərbaycanda insulin istehsalına başlayacaq.

"Report" "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib.

“Hazırda Azərbaycanda insulin istehsal olunmur, ölkə onu idxal edir. Lokallaşdırma prosesi preparatları azərbaycanlı xəstələr üçün daha əlçatan edəcək”, - o bildirib.

R.Mirsayapovun sözlərinə görə, istehsal prosesi “Gerofarm” şirkətinin Azərbaycandakı istehsal müəsisəsində təşkil olunacaq.

Daha əvvəl Rusiyanın “R-Farm” şirkətlər qrupunun Azərbaycanda yerləşən əczaçılıq kompleksi şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması ilə bağlı preparatın ilk partiyasını istehsal etdiyini bildirib.

Digər xəbərlər