Bu ilin I yarısında Azərbaycan xaricdən 8 milyon ABŞ dolları dəyərində 5 min 261 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,8 dəfə, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur.
Hesabat dövründə Niderlanddan 6,2 milyon ABŞ dolları dəyərində 4 min 004 ton (bir il əvvəl tədarük olmayıb), Belçikadan 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 10 % azalıb) 1 min 069 ton (-28,8 %), İtaliyadan 236 min ABŞ dolları dəyərində 178 ton (tədarük olmayıb), Böyük Britaniyadan 14 min ABŞ dolları dəyərində (-5,5 %) 3,95 ton (-10,6 %), Türkiyədən 14 min ABŞ dolları dəyərində (+12 dəfə) 2,6 ton (+18 dəfə) məhsul idxal edilib.
Bir il 7 aylıq fasilənin ardından Fransadan tədarük bərpa edilib. Bu ölkədən 0,3 min ABŞ dolları dəyərində 0,03 ton kerosin idxal edilib.
Ötən il Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 4 min 511 ton kerosinin 66,5 %-i Belçikanın payına düşüb.