“European Tobacco-Baku” kapitalın azalmasını yekunlaşdırıb

“European Tobacco-Baku” nizamnamə kapitalını 44 501 314,34 manat və yaxud 333,3 dəfə azaldaraq 44 635 220 manatdan 133 905,66 manata endirib.

"Report" xəbər verir ki, kapital azalması üçün səhmdar cəmiyyətinin dövriyyədə olan 2 231 761 ədəd səhminin nominal dəyəri 20 manatdan 0,06 manata endirilib.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, Azərbaycanın aparıcı siqaret istehsalçısıdır.

Digər xəbərlər