Ekspert: "İşəgötürənlərin xaricdə təhsil almış gənclərə marağı artıb"

Azərbaycanda işəgötürənlərin xaricdə təhsil almış gənclərə marağı artıb.

Bunu “Report”a açıqlamasında xaricdə təhsil üzrə ekspert Aisa Aslanova bildirib.

“İşəgötürənlər xaricdə oxumuş gənclərə daha açıqdır. Onlar fərqli mühit görür, dil öyrənir, dünyagörüşlərini genişləndirir və digərlərindən fərqlənirlər,” – deyə o qeyd edib.

A.Aslanovanın sözlərinə görə, əsas məsələ sırf xaricdə oxumaq deyil, eyni zamanda peşəkar bacarıq qazanmaq və öyrəndiklərini praktikada tətbiq edə bilməkdir.

Onun fikrincə, xaricdə oxuyan gənclərə düzgün yönləndirmə və peşəkar dəstək göstərilsə, o zaman onların ölkə daxilində uğurlu karyera qurması tam mümkün olar.

Digər xəbərlər