Ötən ilin avqust ayında açıqlanmış yeni nəsil "Land Cruiser 250" modeli 10-13 iyun tarixlərində "Prado" sevənlərə təqdim olundu. Gürcüstanda baş tutan təqdimat mərasimi maraqlı tədbirlər və test sürüşləri ilə yadda qaldı.
"Kutaisi Inn" hotelində baş tutan tədbirdə iştirakçılara "Land Cruiser 250" modelinin ənənəvi ruhuna sadiq qalınaraq yenilənmiş xarici görünüşü, "Multi-Terrain Select", "Crawl Control", Stabilizatoru Ayırma Mexanizmi kimi bir sıra yenilikləri, təkmilləşdirilmiş sürüş və idarəetmə performansı, həm yolda, həm də yolsuzluq şəraitindəki bənzərsiz rahatlığı haqqında geniş məlumat verildi.
Azərbaycanı təmsil edən media qrupu tədbirə 11 iyun tarixində qoşuldu və 12 iyunda baş tutan test sürüşündə də iştirak etdilər.
İlk baxışdan media qrupunun diqqətini çəkməyi bacaran avtomobil həm “Prado” ənənəsini, həm də müasir elementləri özündə birləşdirmə tərzi ilə hər kəsi təəccübləndirməyi bacardı.
"Toyota Caucasus" yeni modelin yolsuzluq bacarıqlarını göstərməyin ən gözəl üsulunu birbaşa sahədə təcrübə etmək olduğunu düşündüyündən iştirakçılar üçün Muaşi resortundan və Kulbaki gölündən keçərək Prometeus mağaralarında yekunlaşan bir test sürüşü marşrut xətti təşkil etti.
İştirakçılar test sürüşü zamanı "Prado" əfsanəsinin daha da güclənməsini hiss edərək yeni modelin əvvəlki modellərlə müqayisədə hansı üstünlüklərə sahib olduğunu gördülər. Onlar "Multi-Terrain Select" sistemi ilə avtomobilin fərqli sürüş senarilərinə adaptasiya olmasını, "Crawl Control" sistemi ilə enişli-yoxuşlu yollarda sürətin stabil saxlanmasını, avtomobilin hər şəraitdə təqdim etdiyi komfortu və idarəetmənin hər kəs üçün rahat və əlçatan olmasını birbaşa təcrübə etdilər.
“Toyota Land Cruiser 250” modelinin Azərbaycanda satışı, komplektasiyası və qiyməti ilə bağlı daha ətraflı məlumatı “Toyota”nın Azərbaycandakı rəsmi dillerlərindən əldə edə bilərsiniz.
Əfsanəvi "Prado" Gürcüstanda təqdim olundu!
Digər xəbərlər
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
28 oktyabr, 2026 / 21:16
Naxçıvanda 9 ayda sahibkarlara 163 təsdiqedici sənəd təqdim edilib
28 oktyabr, 2026 / 16:52
Naxçıvan sahibkarları 9 ayda 6 milyon manat güzəştli kredit alıblar
28 oktyabr, 2026 / 15:17
Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun olması təsdiqlənib
28 oktyabr, 2026 / 14:57
İrandan Rusiyaya 98 kiloqrama yaxın narkotikin keçirilməsinin qarşısı alınıb
28 oktyabr, 2026 / 12:59
Nazir müavini: Qarşımızdakı əsas prioritetlərdən biri iqlim hədəflərinə nail olmaqdır
28 oktyabr, 2026 / 12:50
Nigar Arpadarai: Öhdəliklərin real iqtisadiyyatda reallaşdırılmasında biznesin iştirakı vacibdir
28 oktyabr, 2026 / 10:28
IE Universiteti Azərbaycanda yeni sahibkarlıq ekosisteminin inkişafını dəstəkləyəcək
27 oktyabr, 2026 / 17:51
İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb
27 oktyabr, 2026 / 17:46
Ziba Mustafayeva: Azərbaycanın biznes təcrübələri dünya ilə paylaşılacaq
27 oktyabr, 2026 / 17:43
Azərbaycan şirkəti nizamnamə kapitalını 5 dəfə azaldır
27 oktyabr, 2026 / 17:29
Nazir müavini: Startapların beynəlxalq innovasiya şəbəkələrinə çıxışı dəstəklənə bilər
27 oktyabr, 2026 / 16:58
Səməd Bəşirli: İnsan kapitalı və innovasiyalar Azərbaycan-İspaniya əməkdaşlığında yeni istiqamətdir
27 oktyabr, 2026 / 16:47
Azərbaycan və İtaliya biznes foruma hazırlığı müzakirə ediblər
27 oktyabr, 2026 / 15:06
Tolqa Çeltekligil: Azərbaycan idxal məhsullarını yerli istehsalla əvəz edə bilər
27 oktyabr, 2026 / 10:25
Tereza Lyunnemann: Almaniya-Azərbaycan Biznes Şurası ilk iclasına hazırlaşır
27 oktyabr, 2026 / 10:15
Almaniya şirkətləri Azərbaycana qida sektoru üçün innovativ həllər təklif edir
27 oktyabr, 2026 / 10:14
ABİF: Almaniyanın şirkətləri ilə birgə icra olunan layihələri dəstəkləyirik
27 oktyabr, 2026 / 10:11
Azərbaycan Qətərdə Sahibkarlıq üzrə Nazirlərin Dəyirmi Masasında təmsil olunub
27 oktyabr, 2026 / 10:00
Narqis Vik: Azərbaycanda qida emalı avadanlıqlarına tələbat artır
27 oktyabr, 2026 / 09:54