Dövlət Gömrük Komitəsi: Şərq Tərəfdaşlığı ölkələri ilə məlumat mübadiləsinə hazırıq

“Biz bir neçə ildir Gürcüstanla məlumat mübadiləsi aparırıq”.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin I müavini Anar Süleymanov "Eu4Digital" layihəsinin təqdimatında deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Şərq Tərəfdaşlığı ölkələri ilə də bu tipli mübadiləyə hazırdır.

“Hazırda biz Gürcüstandan gələn yüklər haqqında azı 2 saat əvvəlcədən xəbər tuturuq. Həmçinin “eTIR” layihəsi var ki, bunun hesabına Avropa İttifaqı ölkələrindən gələn yüklər haqqında məlumat əldə edirik”, - komitə rəsmisi qeyd edib. 

Digər xəbərlər