Dövlət Agentliyi qriplərlə bağlı 2 mln manatlıq dərman alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin, eləcə də mövsümi qrip peyvəndlərinin satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər 2 tenderin qalibi “Azəri Med” QSC-dir.

Qalib şirkətə 1 milyon 356,6 min manat və 993 min manat, ümumilikdə isə 2 milyon 349,6 min manat ödəniləcək.

Digər xəbərlər

Avant Group ləğv olunur 09 yanvar, 2026 / 14:52
Azərlotereyada yeni təyinat 07 yanvar, 2026 / 11:03