Bakı. 15 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.
“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda Daxili İşlər Nazirliyinin balansındakı 4 ədəd minik avtomobili satılıb.
Bunlar 2007-ci il buraxılışı olan BMW və “Fiat” markalı nəqliyyat vasitələridir.