ABŞ-ın vitse-prezidenti: "Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər"

"Honqkonqdakı keçirilən nümayişlərdə iştirakçılara güc tətbiq edilməsi Çinlə ticarət razılaşmasının imzalanması çətinləşə bilər". 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. 

"ABŞ prezidentinin bu məsələdə qərarı qətidir. Əgər nümayişçilərə qarşı humanist və təmkinli davranış olmasa ticarət razılaşması imzalamağımız çətin olacaq", - o bildirib.

Xatırladaq ki, ötən gün keçirilmiş nümayişlər zamanı yüzlərlə etirazçıya qarşı sərt tədbirlər görülüb və onlar xəstəxanalara yerləşdirilib.

Digər xəbərlər