Bakı. 8 yanvar. REPORT.AZ/ Çin yaxın on il ərzində Latın Amerikası ölkələrinə 250 milyard dollar yatıracaq.
"Report" xəbər verir ki, bu bəyanatla Çin Xalq Respublikasının lideri Si Szinpin çıxış edib.
Qeyd olunur ki, belə olacağı təqdirdə, ikitərəfli ticarətin həcmi 500 milyard dollaradək artacaq.