İndiyə qədər “Carlsberg Azerbaijan” şirkəti ölkə iqtisadiyyatına 65 milyon manat investisiya qoyub.
"Report" xəbər verir ki, bunu şirkətin baş direktoru Alius Antulis bildirib.
"2025-ci ilə qədər 25 milyon manat investisiya qoyulacaq", - deyə o qeyd edib.
Bundan başqa, baş direktorun sözlərinə görə, “Carlsberg Azerbaijan” hər il dövlət büdcəsinə 35 milyon manat vergi ödəyir.
"Hazırda şirkət ölkənin pivə bazarında 70 % paya malikdir", - deyə A.Antulis əlavə edib.