Bu ilin fevral ayında Azərbaycan 10 milyon ABŞ dolları dəyərində xurma ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.
Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 10,7 % azdır.
Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan 27,2 milyon ABŞ dolları dəyərində xurma ixrac edib. Bu, 2021-ci ilin eyni iki ayı ilə müqayisədə 0,7 milyon ABŞ dolları və ya 2,51 % azdır.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 461,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 millyon ABŞ dolları və ya 39,4 % artıb.