Bu ilin yanvar-aprel aylarında Azərbaycan vətəndaşları Türkiyədə 261 mənzil alıblar.
“Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 192 mənzil və ya 42,4 % azdır.
Təkcə aprel ayında Azərbaycan vətəndaşları qardaş ölkədə 54 mənzil alıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 102 mənzil və ya 2,9 dəfə azdır.
Bu ilin ilk dörd ayı ərzində Türkiyədə xarici vətəndaşlara 13 596, ötən ay isə 2 571 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 35,3 % və 2,5 dəfə azdır.
Bu ilin 4 ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara bu il 4 732, ötən ay isə 817 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 377, bu ilin 4 ayında isə 1 821 mənzil alıb.
İlk 3-lüyü Ukrayna vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə apreldə 136, 2023-cü ilin 4 ayında isə 595 mənzilə sahib olub.