Bu il Azərbaycan Gürcüstanın əsas süd və qaymaq tədarükçüsü olub

2023-cü ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 5,1 milyon ABŞ dolları dəyərində 6 min 212 ton süd və qaymaq idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 dəfə, kəmiyyət olaraq – 17 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana süd və qaymaq tədarük edən ölkələr sırasında 1-ci yerdə (dəyərə görə isə 3-cü yerdədir) qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 41 milyon ABŞ dolları dəyərində 23 min 527 ton süd və qaymaq alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3,5 % və 35 % çoxdur.

11 ay ərzində Gürcüstana Belarusdan 8,5 milyon ABŞ dolları dəyərində 4 min ton, Niderlanddan 5,1 milyon ABŞ dolları dəyərində 1 min 523 ton, Rusiyadan 4,4 milyon ABŞ dolları dəyərində 2 min 319 ton, İrandan 4,3 milyon ABŞ dolları dəyərində 1 min 908 ton süd və qaymaq gətirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 46,1 milyon ABŞ dolları dəyərində 20 min 359 ton süd və qaymaq alıb ki, bunun da 842 min ABŞ dolları dəyərində 795 tonu Azərbaycanın payına düşüb.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51