"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi 688 milyon dollarlıq ixraca kömək edib

Bu ilin noyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 23 milyon ABŞ dolları olub.

"Report" xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı "İxrac icmalı"nın noyabr buraxılışında qeyd edilir.

2017-ci ildən 2021-ci ilin dekabr ayına qədər "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 688 milyon dollar təşkil edib.

Digər xəbərlər