Beş ölkədən Azərbaycana pul maşını idxalı bərpa edilib

Ötən il Azərbaycana 5,5 milyon ABŞ dolları dəyərində 65 min ədəd pul maşını (pulların çeşidlənməsi, hesablanması və bağlanması üçün) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə çoxdur, kəmiyyət olaraq – 43 % azdır.

Hesabat dövründə Almaniyadan 1,98 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çoxdur) 169 ədəd (+30 %), Rusiyadan 1,31 milyon ABŞ dolları dəyərində (+28 dəfə) 416 ədəd (+4,6 dəfə), Çindən 1,2 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 39 min 751 ədəd (-62 %), Koreyadan 453 min ABŞ dolları dəyərində (-5 %) 264 ədəd (-27 %), Ukraynadan 209 min ABŞ dolları dəyərində (-38 %) 30 ədəd (-95,3 %) cihaz alınıb.

Azərbaycana Avstriyadan (0,55 min ABŞ dolları dəyərində 1 ədəd), İsveçdən (0,98 min ABŞ dolları dəyərində 4 ədəd), İsveçrədən (7,32 min ABŞ dolları dəyərində 1 ədəd), Malayziyadan (0,32 min ABŞ dolları dəyərində 4 ədəd) və Meksikadan (6,62 min ABŞ dolları dəyərində 3 ədəd) tədarük bərpa edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan (18,5 min ABŞ dolları dəyərində 10 ədəd) idxal həyata keçirilib.

Digər xəbərlər