2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 30,26 min ABŞ dolları dəyərində 72,95 ton soğan gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 99 %, kəmiyyət olaraq – 99,1 % azalıb.
Rusiyadan 26,3 min ABŞ dolları dəyərində 65,75 ton və Niderlanddan 3,96 min ABŞ dolları dəyərində 7,2 ton məhsul alınıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 98,8 % və 98,9 % azalıb və Niderlanddan – 46,1 % və 46,3 % artıb.
Hesabat dövründə Azərbaycan 78,58 min ABŞ dolları dəyərində 120,06 ton soğan ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 13,1 % azdır və 19,2 % çoxdur.
Rusiyaya 71,37 min ABŞ dolları dəyərində 79,31 ton, Ukraynaya 4,39 min ABŞ dolları dəyərində 21,95 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,82 min ABŞ dolları dəyərində 18,8 ton məhsul satılıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 20,4 % və 20,4 % azalıb. Ötən ilin ilk iki ayında Ukraynaya soğan satılmayıb. Bir il 2 aylıq aradan sonra BƏƏ-yə tədarük bərpa edilib.