Banqladeş Azərbaycandan pambıq alışını bərpa edib

Bu ilin ilk iki ayı ərzində Azərbaycan 51,11 milyon ABŞ dolları dəyərində 22 min 859 ton pambıq mahlıcı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,6 % artıb, kəmiyyət olaraq – 12,1 % azalıb.

Hesabat dövründə Türkiyəyə 47,75 milyon ABŞ dolları dəyərində 20 min 931 ton, İrana 2,08 milyon ABŞ dolları dəyərində 1 min 240 ton, Banqladeşə 1,27 milyon ABŞ dolları dəyərində 687,1 ton məhsul göndərilib.

Ötən ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə Türkiyəyə ixrac müvafiq olaraq 36,6 % artıb və 13,9 % azalıb, İrana 2,5 % və 25,7 % azalıb. Azərbaycan iki illik fasilənin ardından Banqladeşə pambıq mahlıcı tədarükünü bərpa edib.

Digər xəbərlər