“Yeni Bilgəh Oteli” MMC nizamnamə kapitalını azaltdığını elan edib.
“Report” bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bununla belə, hazırda kapitalı 100,2 milyon manata olan hotelin bu rəqəmi nə qədər azaldacağı açıqlanmayıb. Kreditorlar 1 ay ərzində hotelin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Qəbələ küçəsi, 94 ünvanına müraciət edə bilərlər.